“Dostlar mədə kiçiltmə nə bilim piy çıxartma və ya digər yollarla çəki atmaq mənim həyatda ən nifrət etdiyim bir şeydir, həyatım boyu etməmişəm və etmək istəyənlərə də məsləhət görmürəm”.
OLAY yazır ki, bu sözləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının (AzDrama) aktyoru Cavidan Novruz sosial şəbəkə hesabında paylaşdığı postda yazıb.
Sənətçi son günlər xeylah çəki ataraq arıqlamasından söz açıb. Cavidan əməliyyat yolu ilə deyil pəhriz və idman sayəsində arıqladığını bildirib:
“Ən böyük kömək insanın öz idarəsidir vəssalam. Axşam 18:00-dan sonra ağzınızı bağlayın. Kobud səsləndi bilirəm amma o məqsədlə demirəm. Sadəcə çalışın salat, kəsmik kimi nə bilim qaynadılmış toyuq və ya dəniz məhsullarından yararlanın. İnsan mədəsi böyük deyil. Müəyyən vaxtdan sonra su içsəniz belə doyacaqsınız. Həyatınızdan enerji sularını, yağlı, xəmir, şirniyyat kimi qidaları müvəqqəti olaraq çıxarın. İstədiyiniz çəkini əldə edəndən sonra arada bir faydalanarsınız. Sadaladıqlarımı etməsəniz daha əla olar amma yenə də insanın cani çəkirsə çox nadir hallarda… Mənə hamı yazır necə arıqladınız bu sualı inanın ki, məni həm yorur həm də çaş-baş qoyur. Axı necə belə sualı vermək olar? İki vasitə var - ya idman ya pəhriz və ya iradə… Çünki bu canı sizə ikinci dəfə Allahdan başqa heç kim verməyəcək”.