“Deyəsən, yenə fikrimi düzgün izah edə bilmədim. TikTok normal instaqram və feysbuk kimi sosial platformadır,bunda qəbahətli bir şey yoxdur”.
OLAY yazır ki, bu sözləri müğənni Vüqar Muradov (Bariton) Feysbukda yazıb. O, “TikToku olmayan qız axtarıram” açıqlamasına atydınlıq gətirib:
“Söhbət TikTok-da hədiyyə, “tıklanma” üçün yalvaran və dilənən xanımlardan gedir. Gecə-gündüz kamera qarşısında boş-boş danışan, qalmaqal edən, hədiyyə gələndə “can qurban olaram, filankəs, çox sağ ol” deyib kimlərinsə ehtiras mənbəyinə çevrilən xanımlardan gedir. Elə birindən nə qadın nə də normal uşaq böyüdəcək. Ana ola bilməz...”.