Dünən “ən böyük sevgi hekayəsi” sona çatdı. Beləki, ötən gün dünya pop ulduzu Cennifer Lopez əri, Hollivud aktyoru Ben Afflekdən boşanmaq üçün rəsmi müraciət edib.
OLAY yazır ki, cütlüyə yaxın mənbə “Daily Mail” nəşrinə açıqlamasında bildirib ki, bu evlilik əvvəldən məhv olub.
Cennifer həmin mənbə ilə söhbətində deyib ki, ərini idarə edə və onu dəyişdirə bilməyib.
Sadə dillə desək, sevgililər sadəcə olaraq bir-birinə əvvəlcədən uyğun gəlməyiblər. Onlar kompromis tapa bilərdilər, lakin mənbə əlavə edib ki, Cennifer şəxsi həyatının təfərrüatlarını sağa-sola danışaraq böyük səhvə yol verib. Beləki, Cennifer əri Benin sevgi məktublarını musiqiçilərinə göstərib ki, mahnılarının nə haqqında olduğunu bilsinlər. Bütün bunlar gec-tez üzə çıxıb.