Əməkdar artist Nüşabə Ələsgərli Avropaya tətilə yollanıb.
OLAY yazır ki, bu haqda sənətçi sosial şəbəkə hesabında məlumat verib.
Belçikaya gedən Ələsgərli orada çəkdirdiyi fotolarını izləyiciləri ilə bölüşüb.
Nüşabə Belçikaya qızını və nəvəsini görmək üçün gedib.
Qeyd edək ki, N.Ələsgərlinin qızı Cino adlı Türkiyə vətəndaşı ilə ailə qurub və Belçikada yaşayır. Cino aşpazdır və onun şəxsi İtalyan mətbəxinə aid restoranı var. Cütlüyün bir müddət əvvəl övladı olub.