Fotosessiya
Fotosessiya

Qızı Bred Pittin soyadından imtina etdi

Qızı Bred Pittin soyadından imtina etdi

Dünyaca məşhur keçmiş cütlük Ancelina Coli və Bred Pittin 18 yaşlı qızı Şaylo aktyorun soyadından rəsmən imtina edib.

OLAY yazır ki, bu haqda TMZ nəşri məlumat yayıb. Şaylonun mayın sonunda 18 yaşı tamam olub. Sonra o atasının soyadından imtina etmək qərarına gəlib. Şaylo vəkil tutub və “Los Angeles Times” nəşrində bununla bağlı rəsmi bəyanat dərc edilib.

Lakin aktyorların qızları üçün vacib olan bir məsələ ilə bağlı ilk görüş istənilən nəticəni verməyib. Təqdim olunan sənədlərdəki səhvlərə görə qərar təxirə salınıb. Bu barədə Şaylonun təmsilçisi danışıb.

Nəticədə aktyorların qızı istəyinə nail olub. Sənədlərdəki bütün yanlışlıqlar və qeyri-dəqiq informasiya aradan qaldırılıb. Dünəndən etibarən Şaylo Nuvel Coli-Pitt qanuni olaraq Şaylo Coliyə çevrilib.

Bred Pitt qızının qərarına açıq şəkildə cavab verməyib. Aktyorun yaxınları qeyd ediblər ki, o, Şaylonun hərəkətindən inanılmaz dərəcədə ruh düşkünlüyü və depressiyaya düşüb. 60 yaşlı sənətçi keçmiş həyat yoldaşının uşaqları ona qarşı çevirdiyinə inanır.