Fotosessiya
Fotosessiya

Nadir xəstəliyinə görə 1,8 milyonluq dərman içir

Nadir xəstəliyinə görə 1,8 milyonluq dərman içir

Rusiyanın Xalq artisti Lev Leşçenkonun ağır xəstəlikdən əziyyət çəkir.

OLAY yazır ki, 82 yaşlı əfsanəvi estrada ulduzu transtiretin amiloidozu diaqnozu qoyulub. 

Bu, orqanizmdə transtiretin zülal genindəki mutasiyalar nəticəsində baş verən ölümcül xəstəlikdir. İnsan özünü pis hiss etməyə başlayır, mühüm orqanların, xüsusən də ürəyin işində problemlər yaranır.

Müalicə üçün “Vindameks” adlı nadir bir dərman təlab olunur. Sözügedən preparatın bir paketi 1,8 milyon rubldur (təxminən 34200 manat).

Lakin Lev dərmanı öz şəxsi büdcəsi hesabına alır, çünki pensiyası cəmi 30 min rubl (təxminən 570 manat) təşkil edir.

Məlumata görə, məşhur hazırda yeni terapiya kursu keçir. 

Qeyd edək ki, Lev Leşşenkonun səhhətinin pisləşməsinə səbəb 2021-ci ildə onun keçirdiyi koronavirusdur. Həkimlər etsrada ulduzunuz həyatı üçün 14 gün mübarizə apardılar. Tibb işçiləri heç bir proqnoz vermədilər, çünki ağciyərlərin zədələnməsi olduqca ciddi idi. Lakin effektiv terapiya sayəsində sənətçi tezliklə sağalmağa başladı. 

Leşçenkonun özü tez-tez veteranlara kömək edir və ağır xəstələri müalicə edən bir neçə xeyriyyə fondunun üzvüdür.