Fotosessiya
Fotosessiya

“Güzgüyə baxıb özümə nifrət edirdim”

“Güzgüyə baxıb özümə nifrət edirdim”

“Game of Thrones” (Taxt oyunları) serialının ulduzu Kit Harinqton “GQ” nəşrinə müsahibəsində alkoqol asılılığı ilə mübarizəsindən danışıb.

OLAY yazır ki, sənətçi, ata olmadan əvvəl bunun öhdəsindən gəldiyinə görə xoşbəxt olduğunu bildirib.

“O qədər şanslı idim ki, övladım olmadan əvvəl içkini dayandırdım”, - deyə aktyor vurğulayıb.

2019-cu ildə Kit, hətta müalicəyə getməyə məcbur olub. Bu “Taxt Oyunları” nın finalından əvvəl, aktyor depressiya ilə üzləşdiyi zaman baş verdi. Buna səbəb serialın pərəstişkarlarının aktyoru ayrıca bir insan kimi qəbul etməməsi olub. 

“İnsanlar mənimlə elə rəftar edirdilər ki, necə ki, ona (filmdə canlandırdığı obrazı nəzərdə tutur – red.) davranırdılar. Amma həyatda mən heç də belə deyiləm, bu, mənə psixoloji yaralar vurub”, - deyə məşhur vurğulayıb.

Keyt qeyd edib ki, həm atalıq, həm də ayıq olması onun həyatında baş verən ən yaxşı şeylərdir: 

“Bu, həqiqətən də hər şeyi dəyişir. Düşünürəm ki, mən dərindən eqoistəm. Amma uşaqlarla, siz eqoist ola bilməzsiniz. Onlar bunu sizdən məhrum edirlər. Və bu, heyrətamiz bir hədiyyədir. Alkoqol asılılığa qalib gəlməmişdən əvvəl güzgüyə baxıb özümü axmaq adlandırardım. Özümə nifrət edirdim. Özümə sözün əsl mənasında xor baxırdım və etdiyim heç bir şeylə fəxr edə bilməzdim. Deməli, mən “İndi ayıq olmaqdan qürur duymağım öz-özlüyündə tamamilə fərqli bir insan olduğuma işarədir”.