Fotosessiya
Fotosessiya

Cey Lodan boşanan Benin bu halı təəccübləndirdi

Cey Lodan boşanan Benin bu halı təəccübləndirdi

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl dünyaca məşhur cütlük Ben Afflek və Cennifer Lopez boşanma prosesini gizli şəkildə tamamlayıblar.

OLAY yazır ki, boşanma fonunda Ben əla əhval-ruhiyyədə Beverli – Hillsdə paparasilərin obyektivinə tuş gəlib. 

Deyəsən, Lopezdən boşanmaq heç də Affleki üzməyib. Əksinə onun üzündə artıq adət etdiyimiz o klassik kədərli ifadədən əsər-əlamət qalmayıb. 

Bu dəyişikliklər sosial şəbəkə əhli tərəfindən xeyli müzakirə olunub. Çoxları etiraf ediblər ki, Benin yeni fotoları sözün yaxşı mənasında onlar üçün əsl şok olub.

““Üzündə təbəssümlə onu sonuncu dəfə nə vaxt gördüyümü belə xatırlamıram”, “O, illərlə olduğundan daha yaxşı görünür. Xoşbəxt və sağlam. Bu, 55 kq yükdən (Cennifer Lopezi nəzərdə tutur – redş) qurtulanda baş verir”, “Azadlığın təbəssümüdür”, “Bəzən iyirmi il əvvəl ölən münasibət belə qalmalıdır. Öldü…”, “O, çiyinlərindən ağırlıq qaldırılmış kimi görünür””, - deyə izləyicilər yazıb. 

Belə görünür ki, boşanma nəticəsində hətta milyonlarla dollarlıq itkilər də aktyoru heç də qorxutmur. 

Qeyd edək ki, Hollivudun ən romantik cütlüklərindən biri 2002-2004-cü illərdə görüşüb və uzun fasilədən sonra yenidən bir araya gəliblər. 2022-ci ildə aşiqlər münasibətlərini rəsmləşdirərək, evləniblər.