Fotosessiya
Fotosessiya

Rihanna sevgilisi ilə Vətənində

Rihanna sevgilisi ilə Vətənində

Dünya ulduzu Rihanna və repçi sevgilisi Aysəp Raki müğənninin vətəni Barbadosda tətilə yollanıblar.

OLAY yazır ki, 36 yaşlı müğənni hər il keçirilən "Crop Over" karnavalına uçsa da, adada qalaraq 34 yaşlı reperin yanında vaxt keçirməyə qərar verib. 

Aşiqlər yerli çimərlikdə əylənərkən paparasilərin obyektivinə tuş gəlib. Onlar suda şişmə divanda əyləşiblər, paparassilərə əl sallayıblar. Çimərlik tətili üçün Rihanna şəffaf ətək və uzun idman köynəyi seçib.

Qeyd edək ki, cütlüyün 2 yaşlı RZA (Riza adlanır) və bir yaşlı Riot adlı iki oğlu övladı var.

Rəşad Əliyev