Fotosessiya
Fotosessiya

“Onu gəncliyimdən daha çox sevirəm”

“Onu gəncliyimdən daha çox sevirəm”

Müğənnilik karyerasını başa vurub adını dizayner kimi bütün dünyaya tanıdan Viktoriya Bekhem gəncliyindən daha çox əri Devid Bekhemə aşiq olduğunu etiraf edib.

OLAY yazır ki, 25 illik evliliyindən sonra müğənni ərinə olan hisslərinin daha da gücləndiyini açıqlayıb.

Keçmiş “Spice Girls” qrupunun üzvü Viktoriya Bekhem Avstraliyanın “Vogue” jurnalına verdiyi yeni müsahibəsində əri peşəkar futbolçu Devid Bekhemlə münasibətini açıb, ona heç vaxt bu qədər aşiq olmadığını etiraf edib:

“Mən ərimlə vaxt keçirməyi sevirəm- Sizə deyim, Devid Bekhem çox əyləncəli adamdır. Onu hələ də çox sevirəm, bəlkə də ilk tanış olduğumuz vaxtdan daha çox”.

50 yaşlı Viktoriya 49 yaşlı David ilə uzunmüddətli münasibətindən qürur duyur və deyir ki, onlar birlikdə əylənir, karyera və hobbi məsələsində bir-birlərini daim dəstək olurlar.

O, işində heç vaxt güzəştə getmədiyini və sevdiyi işlə məşğul olmağa davam etdiyini də qeyd edib:

“Dünən gecə Devid və uşaqlara dedim ki, 25 ildən sonra atalarını çox sevirəm və mən onu dəstəkləyirəm. Uşaqların bunu görməsi həqiqətən vacibdir”.

Qeyd edək ki, məşhur cütlüyün dörd övladı var: 25 yaşlı Bruklin, 21 yaşlı Romeo, 19 yaşlı Kruz və 13 yaşlı Harper. Viktoriya və Devid 4 iyul 1999-cu ildə evləniblər.

Rəşad Əliyev