Türkiyənin məşhur aktrisası Serenay Sarıkayanın avtomobilinə hücum edən şəxs psixiatriya xəstəxanasına yerləşdirilib.
OLAY yazır ki, bu barədə İstanbul Məhkəməsi qərar verib. Bildirilib ki, 26 yaşlı Tayfur Demirtaş ruh halının qaydasında deyil və müşahidə altında olmalıdır.
Qeyd edək ki, qısa müddət əvvəl sözügedən şəxs Serenayın avtomobilinə hücum edərək onu təhqir edib, pəncərələri sındırmağa çalışıb.