Fotosessiya
Fotosessiya

Evlərini 35 milyona satırlar

Evlərini 35 milyona satırlar

Dünyaca məşhur cütlük Castin Timberleyk və Cessika Bil kiçik bir qəsəbədə yaşacaqlarına qərar verəndən sonra Los-Ancelesdəki malikanələrini satışa çıxarıb.

OLAY yazır ki, cütlük 2015-ci ildə satın aldığı 126 hektar ərazidə yerləşən 3550 kvadratmetrlik evi 35 milyon dollara satır.

Evin ətrafında tennis meydanı, meşəlik və tərəvəz bostanları var.

Qeyd edək ki, Castinlə Cessikanın bu yaxınlarda ikinci övladı dünyaya gəlib. Onlar karantin günlərini Nyu-Yorkdakı evlərində keçirib.