Türkiyəli müğənni Aleyna Tilki gənc yaşda məşhurluq qazanmağından şikayətlənib.
OLAY yazır ki, ifaçı uşaqlığını yaşaya bilmədiyini deyib.
“Uşaqlığımı heç yaşaya bilmədim. Sevgilim olmadı, əl-ələ tutub küçədə küçədə gəzə bilmədim, kofe içə bilmədim. Məşhurluğuma görə Amerikada belə rahat ola bilmədim”, - deyə, o, söyləyib.