Fotosessiya
Fotosessiya

Estetik əməliyyatı ilə bağlı açıqlama yaydı

Estetik əməliyyatı ilə bağlı açıqlama yaydı

Son günlər etdirdiyi estetik əməliyyatlarla gündəmə gələn Berksan açıqlama verib. 

OLAY yazır ki, o, “2.sayfa” proqramına telefonla bağlanaraq ünvanına səslənən tənqidlərdən bəhs edib. O bildirib ki, buna bir anda qərar verməyib:

“Pandemiya dövründə çox arıqladım. Kilo itirdiyim üçün üzümdəki dəyişimi görmək istəmirdim, əməliyyat oldum. Bu kiməsə bənzəmək üçün edilmiş bir əməliyyat deyil. Seda Sayanın qardaşı olmağı öpüb başıma qoyaram. Məncə, cəsarətimi bənzədiblər. Güzgüyə baxanda köhnə Berksanı görürəm. Bütün maraqları beynimdəm siləcəm. İlk paylaşımım əməliyyatdan dərhal sonra olduğu üçün fərqli görünür. Yaxın ətrafım normal qarşıladı, indi sağalma müddətdindəyəm. Bu durumdan məmnunam. Məni iki ay sonra görəndə “Berksan nə olub” deməsinlər deyə paylaşdım”.

Qeyd edək ki, Berksan “Fransız askısı” adlandırılan estetik etdirib.