Fotosessiya
Fotosessiya

Taleh və Xatirədən övladlarıyla bağlı paylaşım

Taleh və Xatirədən övladlarıyla bağlı paylaşım

Aktyor Taleh Yüzbəyov və həyat yoldaşı, influenser Xatirə Yüzbəyova övladlarıyla bağlı paylaşım ediblər.

OLAY yazır ki, onların qızları Banu və oğulları Zeydin doqquz yaşı tamam olub.

Xatirə fotoları izləyiciləriylə bölüşərək “Doğum gününüz mübarək olsun, Zeyd və Banu” qısa şərhini yazıb.

Taleh isə paylaşımında ata olduqdan sonra həyatının mərkəzinin dəyişdiyini qeyd edib:

“Bala Yüzbəyovların doqquz yaşı olur. Doqquz ildir ki, həyatımın mərkəzi dəyişib. Sağlam və ağıllı böyüyün, Zeyd və Banum. Bilirəm ki, bir gün bizi çox sevindirəcəksiniz. Öpürəm sizi. Ad gününüz mübarək”.