2016-cı ildə 57 yaşında dünyasını dəyişən dünya şöhrətli müğənni və bəstəkar Prinsin mal-dövləti ilə bağlı 5 illik məhkəmə prosesi yekunlaşıb.

OLAY yazır ki, ölməzdən əvvəl mirasını açıqlamayan sənətçinin potensial varislərinin başlatdığı hüquqi mübarizə nəticəsində ifaçının sərvətlərinin ümumi dəyəri 156,4 milyon dollar olaraq müəyyən edilib.

Mirasının 156,4 milyon olduğu açıqlandıABŞ-da Daxili Gəlir Xidməti ilə “Comerica Bank & Trust” adlı miras idarəçiliyi qurumu Prinsin aktivlərinin məbləği ilə bağlı razılığa gəliblər.

Dövlət qurumu əvvəlcə Prinsin aktivlərini 163,2 milyon dollar, “Comerica Bank & Trust” isə 82,3 milyon dollar dəyərində tanıyıb.

ABC qəzetinin xəbərinə görə, miras dəyərinin müəyyən edilməsi, varlıqların vərəsələrə bölüşdürülməsi üçün gələn ay tədbir görülməsi deməkdir.

Mirasının 156,4 milyon olduğu açıqlandı