Fotosessiya
Fotosessiya

Ölən Xalq artistinin evindən 100 milyon oğurlandı

Ölən Xalq artistinin evindən 100 milyon oğurlandı

İki ay bundan əvvəl vəfat edən Rusiyanın Xalq artisti Aleksandr Qradskinin xanımı Marina Kotaşenkoya qarşı quldurluq edilib.

OLAY yazır ki, üç nəfər naməlum şəxs qadının avtomobilinə minərək onu silahla hədələyib, evinə - Naro-Fominsk bölgəsinə qayıtmağa məcbur edib. 

Sözügedən şəxslər evə gəldikdən sonra 100 milyon rubl (2,2 milyon manatdan çox) pul götürərək ərazidən uzaqlaşıblar. 

Xatırladaq ki, Aleksandr Qradski noyabrın 28-də 73 yaşında vəfat edib. 

Onun təxminən 500 milyon rubl (11,1 milyon manat) sərvəti olub.  

Ailəsinə Moskva vilayətində ən azı üç mənzil, iki avtomobil, doqquz torpaq sahəsi və malikanəsi miras qalıb.