Fotosessiya
Fotosessiya

“Həyatımdan reytinq rekordu qıran serial çıxar”

“Həyatımdan reytinq rekordu qıran serial çıxar”

“Full City” komandasını 30 milyon pounda satın alan TV8 kanalının sahibi Acun Ilıcalı İngiltərədəki ilk geniş müsahibəsini “Daily Mail” qəzetinə verib.

OLAY yazır ki, Acun bildirib ki, milyonda bir insanın yaşadığı həyatı var:

“20 yaşında evləndim, 21 yaşında ata oldum. 22 yaşımda atamı və anamı yol qəzasında itirdim. O avtomobildə qızım da var idi, amma 15 sınıqla sağ qaldı. 23 yaşında motosiklet qəzasına düşdüm. Yanımdakı dostum öldü. 24 yaşında iflas etdim və işsiz qaldım. Bütün bunlara rəğmən, həyata əsli bədbin yanaşmadım.

Bir gün televiziya kanalının önündən keçərkən idman şöbəsinin müdiri məni çağırdı və müxbir olmaq istəyib-istəmədiyimi soruşdu, mən də “pul verib getdiyim stadionlara pulsuz gedəcəm”, - deyə, düşündüm və qəbul etdim.

Həyatımdan reytinq rekordu qıran 2-3 mövsümlük serial çıxar. Üç evlilik yaşadım, 4 qızım var. Şəxsi həyatımın maraqlı olması səbəbilə 10 ildir Türkiyədə haqqında ən çox xəbər çıxan şəxslərdən biriyəm. Eyni zamanda, bəzi statistikalara görə Türkiyədə ən güvənilən 5 şəxsdən biriyəm. Türkləri məni çox sevir, küçədə, tribunada, yolda, harada görsələr, şəkil çəkdirirlər. Təxminən gündə 200 foto çəkdirirəm”.