Fotosessiya
Fotosessiya

“Təyyarəyə minmədən öncə hekayə paylaşmıram”

“Təyyarəyə minmədən öncə hekayə paylaşmıram”

Tanınmış türkiyəli aktrisa Bergüzar Korel vəsvəsələrindən danışıb.

OLAY yazır ki, təyyarə ilə səyahət etməmişdən qabaq instaqramda hekayə paylaşmadığını deyib. Bu barədə Korel “İbrahim Selimle bu gece” proqramında söz açıb.

“Heç kimi öpmürəm. Kiminsə mənə toxunmağını heç xoşlamıram. Təyyarəyə minmədən öncə instaqramda hekayə paylaşmıram. Qəzaya düşsəm, “Son paylaşdığı hekayə bu idi” deyə xəbər verilməsini istəmərəm. “Kızlar ve oğlanlar” tamaşasını oynayanda  həmişə eyni alt paltarı geyinirəm. Onu tapmalıyam mütləq. Onu görmürük, amma mən bilirəm ki, o oradadır”, - deyə, Bergüzar söyləyib.