Burcu Kıratlı dünən müğənni əri Sinan Akçılın açıqlamasından sonra onunla boşanmaq qərarına gəlib.
OLAY yazır ki, bu barədə Türkiyə KİV-I məlumat yayıb. Qeyd olunub ki, Kıratlı Sinanın “Evdən ayrılmışam, amma həll etməyə çalışırıq” sözlərinə qıcıqlanıb və vəkili ilə əlaqə saxlayıb.
O, Akçılla boşanmaq üçün prosesə başlayıb.
Qeyd edək ki, 2018-ci ildə Kıratlı ilə ailə quran və 9 ay evli olduqdan sonra boşanan Sinan Akçıl 2021-ci ilin fevralında keçmiş həyat yoldaşı ilə ikinci dəfə evlənib. Ancaq cütlük haqqında evliliklərinin ilk ili bitməmiş yenidən ayrılacaqları iddiaları irəli sürülüb.