Mərhum Türkiyəli sənətçi Bergenin keçmiş həyat yoldaşı Halis Serbest müğənni haqqında çəkilən filmin prodüserini məhkəməyə vermişdi.
OLAY yazır ki, o, 300 min lirə (15 min 900 manat) tələb etdiyi məhkəmədə “Filmdə məni qorxunc biri kimi göstəriblər. Məni əks etdirmir” deyib.
Hakim qərarı açıqlayıb və Halis Serbesti bu iddiada haqsız görüb.