Fotosessiya
Fotosessiya

Özündən 23 yaş böyük xanımından danışdı

Özündən 23 yaş böyük xanımından danışdı

Yeni çəkiləcək “Ceyms Bond” filmi ilə gündəmə gələn aktyor Aaron Teylor-Conson özündən 23 yaş böyük qadınla evlənmə səbəbini açıqlayıb.

OLAY yazır ki, 33 yaşlı aktyor yaşıdlarından tez böyüdüyünü dilə gətirərək bu addımı atdığını deyib:

"Çox insanın 20 yaşlarında etdiyini mən 13 yaşında etmişəm. Siz kimlər üçünsə həddən artıq çox şey edirsiniz? Mən bunu başa düşmürəm. Bəs hansı yaşda həyatdan zövq almalısınız? Mənim üçün qəribədir”.

Qeyd edək ki, Aaron 12 ildir “Bozun 50 çaları” kimi bir çox məşhur filmə imza atan rejissor Sem Teylor Conson ilə evlidir.