Fotosessiya
Fotosessiya

Şahzadə ilə bağlı paylaşımına görə üzr istədi

Şahzadə ilə bağlı paylaşımına görə üzr istədi

“Gossip Girl” serialının ulduzu Bleyk Layvli şahzadə Keyt Midltonun fotoşoplu fotoları ilə bağlı paylaşımına görə üzr istəyib.

OLAY yazır ki, aktrisa Midltonun xərçəng xəstəsi olduğunu öyrəndikdən sonra instaqramın hekayə bölməsində mövzu ilə bağlı yazı paylaşıb:

“Əminəm ki, bu gün heç kimin marağında deyil, amma bunu etiraf etməli olduğumu düşünürəm. “Fotoşop uğursuz oldu” xəbərlərindən sonra axmaq bir post paylaşdım. İndi bu gördüklərimdən sonra dəhşətə gəldim. Onun üçün üzr istəyirəm, hər kəsə sevgi və xoş diləklər göndərirəm”.

Qeyd edək ki, Layvli ötən günlərdə özünün fotoşoplu fotosunu yayımlayaraq “Məhsulumuzun 4 yeni ləzzətini elan etmək üçün bu fotonu çəkdim. Artıq nəyə görə itdiyimi bilirsiniz” şərhini yazmışdı.