Türkiyəli aktyor Çağlar Ertuğrul evlilik açıqlamaları ilə diqqət çəkib.
OLAY yazır ki, o, evlənməyin baha olduğunu, qiymətlərin çox artdığını deyib.
“Ailə qurmaq çox gözəldir. Gözəl nümunələri də var. Evliliyə qarşı deyiləm, amma şərtlər bizə əl vermədi. Toy məkanları, bəy kostyumu çox bahalıdır. Ata olmaq istəyərəm. Mənim qanımdan, canımdan bir övladla qürur duyaram. Övladlığa uşaq götürmək də istəyərəm”, - deyə, aktyor bildirib.
Qeyd edək ki, Çağlar modelyer Kayla Manukyan ilə sevgilidir.