Fotosessiya
Fotosessiya

“Anam mənə valideyn əskikliyini hiss etdirməyib”

“Anam mənə valideyn əskikliyini hiss etdirməyib”

Xalq artisti Məleykə Əsədovanın qızı Gülər anası ilə bağlı danışıb.

OLAY yazır ki, o, “O üz” proqramına açıqlama verib.

“Yaxşı sənəti var, aktrisa kimi hamı tanıyır. Ana kimi də qayğıkeşdir. Mən xəstələnmişəmsə, önəmli bir işini dayandırıb, birinci yanıma gəlirdi. Bu, həmişə belə olub. Anamla dost kimiyik. Hər şeyimi bilir. Anam varsa, dostuma niyə deyim? O sözünü unutmuram, deyir ki,  nəsə səhv etsən, birinci mənə gəl. Çünki əsəbləşsəm də, günü  sonunda ən yaxşı tövsiyəni mən verəcəyəm. Mənsiz yaşaya bilməz. Mənimlə yaşayır. Bəlkə anam-atam fərqli olsa, anam kimi qayğı göstərə bilməzdilər, onun gətirdiyi yerdə ola bilməzdim. Mənim üçün həm ana olub, həm ata. Heç vaxt boşluq hiss etməmişəm. Böyüyəndə harasa işləməyə getsəm, onu özümlə apararam. Anamdan danışanda kövrəlirəm. Məsələn, yıxılanda yanında ağlamamağa çalışıram. Çünki o, məndən də çox pis olur. Mən də onun istədiyi kimi biri olmağa çalışıram. Onu həmişə yaşadacağam.  Ana, səni çox sevirəm. Bu günə qədər mənə valideyn əskikliyini hiss etdirməmisən. Həmişə yanımda olmusan. Çox sağ ol”, - deyə, sənətçinin övladı bildirib.