Fotosessiya
Fotosessiya

Tatlıseslə zarafatına görə təhdid olunur

Tatlıseslə zarafatına görə təhdid olunur

Komediya aktyoru Özkan Çelik İbrahim Tatlıseslə bağlı etdiyi zarafat görə təhdid olunduğunu deyib.

OLAY yazır ki, Çelik Tatlısesin 2011-ci ildə güllələnməsi ilə bağlı zarafat edib. O, stand-up şosunda onu vuran adamın “dram”ından danışıb. 

Bundan sonra ölüm təhdidi alan Çelik həmin şərhlərdən birini paylaşıb.

Yazıda isə “İlk səhnəndə səni güllələrə boğacağam. İbonun salamı var” kimi sözlər qeyd olunub.