Dünyaca məşhur müğənni və aktrisa Cennifer Lopez yeni albomu “This is me...Now” üçün kamera qarşısına keçib.
OLAY yazır ki, sözügedən çəkiliş albomun “Apple Music” təqdimatı üçün edilib.
Cey Lonun çəhrayı rəng tonlarında olan “look”u çox bəyənilib.
Xatırladaq ki, dünya ulduzunun “This is me...Now” albomunun eyniadlı musiqili filmi də var. Layihənin ssenari müəllifləri arasında Lopez və həyat yoldaşı Ben Aflek də var.