Dünyaca məşhur müğənni Aleksandr Rıbak İstanbula yollanıb.
OLAY yazır ki, 37 yaşlı sənətçi İstanbulda Tiktok fenomeni Özgür Balakar (uzunmakarna) ilə bir araya gəlib. Onların çəkdiyi birgə videolar izləyicilər tərəfindən maraqla qarşılanıb.
Rıbak da sosial media hesabında Türkiyə səyahətiylə bağlı post paylaşıb:
“Qısa Türkiyə səyahətimdə “uzunmakarna” ilə tanış oldum. Onun evində oldum, Türkiyə Tiktoku haqqında öyrəndim. Dostum, istedadlı Beyza Doğuç və onun heyəti ilə bir araya gəldik. İstanbulun ən yaxşı fotoqrafı Şeyma Tuna ilə çəkiliş etdik. Gözəl qəlbli Erdem Çapar ilə gələcək tamaşaları haqqında danışdıq. Amma ən önəmlisi gözəl İstanbulu gördüm. Təşəkkürlər, Türkiyə”.
Qeyd edək ki, sənətçi 28 fevralda Bakıya da gələcək. O, Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək.