Olay
Olay

“Yasak Elma” bu görüntülərə görə cərimələndi

“Yasak Elma” bu görüntülərə görə cərimələndi

Yeni sezonda reytinqdə geriləyən “Yasak Elma” Türkiyə Televiziya və Radio Şurası tərəfindən cərimələnib.  

OLAY yazır ki, FOX-da yayımlanan ekran işinin 117-ci bölümündə baş verən hadisələr və jarqon ifadələr izləyicilər tərəfindən qınanılıb.

Qeyd olunur ki, qeyri-qanuni münasibətlər “əyləncə” adı altında günahsız göstərilir, mənfi anlayış olan “məşuqə” sözü normallaşdırılır, hətta uşaqla səhnədə belə işlədilir, ailə anlayışı ilə bağlı neqativ zarafatlar edilir, qadınlar aldadılır. 

Türkiyə cəmiyyətinin ümumi əxlaq anlayışını və milli-mənəvi dəyərlərinə uyğun gəlməyən müxtəlif ifadələrin tamaşaçılara ötürüldüyünü müəyyən edən RTÜK yayımçı FOX TV-yə inzibati cərimə tətbiq edib.