Demet Özdemir və Oğuzhan Koç cütlüyünün ayrılığının pərdəarxası məqamları ortaya çıxıb.
OLAY yazır ki, 2020-nin sonlarında münasibətə başlayan cütlük qəfil ayrılıq qərarı alıb.
İddialara görə, onlar dostlarına “Bu dəfə bitdi, daha dönüş yoxdur”, -deyib.
Dekabrın ortasında Parisdə istirahətə yollanan iki tanınmış şəxs dava edib və ayrılıb.
Demet son olaraq instaqramda Eyfel qülləsinin yanından fotosunu “Əzizim, bir də məni tək çək”,- şərhi ilə paylaşıb.