Fotosessiya
Fotosessiya

Alla Puqaçova Rusiyanı tərk etdi

Alla Puqaçova Rusiyanı tərk etdi

Müğənni Alla Puqaçova Rusiyadan Latviyaya gedib.

OLAY yazır ki, bu, müğənninin həyat yoldaşı, aktyor Maksim Qalkinin paylaşımından sonra bəlli olub. 

M.Qalkin "İnstagram" hesabında Alla Puqaçova ilə olan fotosunu paylaşaraq “Bu gün Siqulda nə qədər günəşli bazar günüdür” sözlərini yazıb. 

Qeyd edək ki, Alla Puqaçova bir neçə gün öncə Moskva yaxınlığındakı Qryaz kəndində qəsrinə yaxınlaşarkən görüntülənib.

İfaçının Pskov vilayətindəki nəzarət-buraxılış məntəqəsindən Rusiya sərhəddini keçərək, daha sonra Moskvaya getdiyi bildirib.