Dünyanın ən məşhur K-pop qruplarından biri olan BTS-in 27 yaşlı üzvü, RM ləqəbli Kim Nam-Joon və Jin ləqəbli Kim Seok-jin koronavirusa yoluxub.
OLAY yazır ki, bu barədə idarəedici şirkəti "Big Hit Music" məlumat yayıb.
Həmçinin, qrupun söz yazarı və reper Suqanın Covid-19 testi müsbət çıxıb.
Şirkət bildirib ki, Jin və RM Cənubi Koreyaya qayıtdıqdan sonra digər qrup üzvləri ilə əlaqə saxlamayıb.