Dünyaca məşhur K-pop qrupu BTS-in pərəstişkarları HYBE rekord leyblini boykot etməklə hədələyiblər.
OLAY yazır ki, şirkət BTS və TXT kimi qruplar vasitəsilə yeni NFT yönümlü şirkət ilə əməkdaşlıq etmək məqsədini açıqlayıb.
Proseslərdən sonra BTS pərəstişkarları rəqəmsal aktivlərin ətraf mühitə mümkün təsirləri səbəbindən şirkətin səhv bir addım atdığını iddia ediblər.
Tərəfdarlar deyirlər ki, NFT planı BTS-in builki Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında iqlim dəyişikliyini əsas problem olaraq təyin etdiyi çıxışla ziddiyyət təşkil edir.