Xəbər verdiyimiz kimi, millət vəkili Qənirə Paşayeva ötən gün axşam saatlarında müalicə olunduğu Mərkəzi Klinikanın reanimasiya şöbəsində vəfat edib.
OLAY yazır ki, Heydər məscidində millət vəkili ilə vida mərasimi keçirilib.
Mərasimdə mərhumun ailə üzvləri, dostları və digər şəxslər iştirak ediblər.
Q.Paşayeva İkinci Fəxri xiyabanda dəfn olunub.