Fotosessiya
Fotosessiya

Aytəkin: "3 ildir ki, doğum günümü onları anmaqla qeyd edirəm"

Aytəkin: "3 ildir ki, doğum günümü onları anmaqla qeyd edirəm"

"Düz üç il bundan əvvəl Zəfər yolumuza məhz bu gün - sentyabrın 27-i ilk addımlar atıldı. Hər günü bir tarix olan 44 günlük qəhrəmanlıq salnaməmizə neçə-neçə igid oğullar öz canları, qanları ilə adlarını yazdırdılar. Şəhidlərimizin ruhuna ehtiram əlaməti olaraq mən də artıq 3 ildir ki, bu günü, yəni doğum günümü onları anmaqla qeyd edirəm".

OLAY yazır ki, bu sözləri aparıcı Aytəkin Mərdanova ad günü ilə bağlı etdiyi paylaşımında yazıb. 

"Qalib ölkənin qürurlu vətəndaşı kimi bu tarixlə indi daha çox fəxr edirəm. Doğum günümdə həm Qarabağlı Azərbaycanımıza, həm də özümə ancaq və ancaq yüksəliş arzu edirəm. Yeni yaşım xoş gəldin" - deyə aparıcı qeyd edib.