Fotosessiya
Fotosessiya

Boşanır? Nikah üzüyünü...

Boşanır? Nikah üzüyünü...

Artıq bir neçə aydır ki, müğənni Alsunun həyat yoldaş Yan Abramovdan boşanması ilə bağlı şayiələr dolaşır.

OLAY yazır ki, hətta ifaçını naməlum bir şəxslə birlikdə görənlər də olub. 

Alsu ümumiyyətlə iş adamı olan həyat yoldaşı Yan Abramovla ictimaiyyət arasına çıxmır, hətta ad gününü də onsuz qeyd edib. 

Şayiələr fonunda Alsu daha tez-tez ictimaiyyətdə görünməyə başlayıb. Bu yaxınlarda o, həmkarı Leonid Aqutinin konsertində diqqət çəkib. 

İfaçı məkana həcmli cibli cins şalvar, jilet, qara pencək, "Christian Dior" çantası və tünd eynək seçib. Həmin vaxt onun barmağında əsas aksessuar - nikah üzüyü olmayıb. 

Bu fakt sənətçinin evliliyi ilə bağlı problemlər yaşadığı barədə şayiələri daha da alovlandırıb.