Fotosessiya
Fotosessiya

Makiyajsız Ajda Pekkan... - Fotolar

Makiyajsız Ajda Pekkan... - Fotolar

Türkiyənin super ulduzu Ajda Pekkan makiyajsız görüntülənib.

OLAY yazır ki, 77 yaşlı sənətçinin fotoları İstanbulun Etiler səmtində lentə alınıb.  İki saatdan sonra olduğu məkandan çıxan ustad müğənni jurnalistlərin müsahibə istəyini “sizinlə danışmıram” deyərək geri çevirib.

Pekkan son günlər mətbuatda əksini tapan “Sarıyerdəki villasını sataraq Taylanddan 25 min dollara gənclik məhlulu gətirdi” xəbərinə belə cavab verib. “Siz nəsiniz, Allah xatirinə! Heç nə demirəm, onlardan soruşduğunuz üçün müsahibə vermirəm”,- deyə reaksiya verib.

Müsahibədən sonra Ajda Pekkanın köməkçisi olduğunu deyən şəxslə mətbuat üzvləri arasında mübahisə düşüb. Əvvəlcə o, fotoqraflara dirsəyi ilə müdaxilə edərək şəkil çəkməyə mane olub, daha sonra kameramanların qarşısına keçərək ictimai yerlərdə videonun çəkilməsinə icazə verməyib.