Fotosessiya
Fotosessiya

DiKaprio sevgilisini ailəsi ilə tanış etdi

DiKaprio sevgilisini ailəsi ilə tanış etdi

Dünyaca məşhur Aktyor Leonardo DiKaprio model sevgilisi Neelam Gill-i ailəvi istirahətə aparıb.

OLAY yazır ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

48 yaşlı film ulduzu həftəsonunu İtaliyanın Amalfi şəhərində yaxtada keçirib. Aktyoru valideynləri - atası Corc və ögey anası Peggy Ann Farrar, həmçinin 28 yaşlı model Neelam Gill müşayiət edib.

İyunun əvvəlində DiKaprio Neelam Gill-i anası İrmelinlə tanış edib. Paparatsiyalar onları Londondakı “Chiltern Firehouse” restoranında şam yeməyi zamanı lentə alıb.