İrem Derici və Atakan Işıktutan dostlarının ad günü üçün gəldikləri Bodrumda günəşin və dənizin dadını çıxarıblar.
OLAY yazır ki, sevgililər ötən gün Yalıkavakdakı “Xuma” çimərliyində görüntülənib. Günorta saatlarında çimərliyə gələn İrem Derici bütün vaxtını şezlonqunda keçirərkən, Atakan Işıktutan dənizə tək girib.
5 saat qaldığı çimərlikdə günəş vannası qəbul edən Derici sevgilisi ilə zarafatlaşıb. Məşhur müğənni Atakana sevgisini onun qulağını və ayaqlarını dişləməklə nümayiş etdirib.