Beyonsenin pərəstişkarı Londondakı konsertində müğənnidən hədiyyə aldığı gün eynəklərini satmaq qərarına gəlib.
OLAY yazır ki, 20 yaşlı gənc Valentino eynəklərini Omega Auctions xatirə əşyaları hərracına çıxarıb.
“Bir azarkeş üçün çox çətin seçim idi. Ancaq ailəmə və karyerama sərmayə qoymaq üçün eynəkləri hərraca çıxarmaq qərarına gəldim”,- deyə bildirən fanat eynək üçün 200 min dollar istədiyini bildirib.