Aktrisa Demet Özdemir Yunanıstanda ev aldığını təsdiqləyib.
OLAY yazır ki, bu barədə o, Türkiyə KİV-nin suallarını cavablandırarkən bildirib. Demet deyib ki, mənzilin işləri bitməyib və bu səbəbdən Afinaya tez-tez gedib gəlir.
Qeyd edək ki, “Hürriyet” qəzeti Özdemirin aldığı evin qiymətinin 400 min avro olduğunu açıqlamışdı.