Fotosessiya
Fotosessiya

Özünü “Məsih” zənn edən aktyor üzə çıxdı

Özünü “Məsih” zənn edən aktyor üzə çıxdı

Son zamanlar birdən çox maddə ilə həbs olunan və ittihamlarla gündəmə gələn aktyor Ezra Miller baş rolunda yer aldığı “The Flash” filminin qala gecəsinə qatılıb.

OLAY yazır ki, 30 yaşlı amerikan ulduz illər sonra qırmızı xalıya məhz bu tədbirdə çıxıb. 16 iyunda təqdim ediləcək ekran işində Miller Berri Allen obrazına həyat verir. O, təkcə Los-Ancelesdəki qala gecəsinə qatılıb. Bundan sonra heç bir tədbirdə yer almayacaq. Buna səbəb isə onun haqqındakı iddialardır.

Qeyd edək ki, Ezra Havay adalarından dəfələrlə hücum etmək maddəsilə həbs edilib. Almaniyada bir qadını taciz etməkdə, İslandiyada birini boğmaqda, Vermontda üç uşaq və anasını oğurlayıb, gizli saxlamaqda ittiham olunur. Məşhur aktyor Vermontda oğurluq səbəbilə də həbs edilib. Onun 12 yaşlı uşaqla cinsi münasibətdə olması barədə də iddialar var.

Onu da bildirək ki, ötən il “Vanity Fair” dərgisi aktyorun özünü “Məsih” zənn etdiyini yazmışdı. Valideynlərinin 2019-cu ildə boşanması ilə sağlamlığının pisləşdiyi bildirilən aktyorun yaxın dostları da bu iddianı təsdiqləmişdi. Mənbələr bildirirdi ki, Ezra getdikcə narsistləşib və özünə gənclərdən ibarət bir qrup insan tapıb.