Fotosessiya
Fotosessiya

Filarmoniya niyə şortikə icazə vermir?

Filarmoniya niyə şortikə icazə vermir?

Jurnalist Elsəvər Muradzadə Azərbaycan Dövlət Akademik Filarmoniyasına şort geyindiyi üçün buraxılmadığını deyib.

Onun bu iddiası sosial şəbəkələrdə geniş müzakirə yaradıb.

Məsələ ilə bağlı Filarmoniyadan OLAY-a açıqlama verilib. Bildirilib ki, bu, müdiriyyətin müvafiq əmri ilə təsdiq olunub:

“Həm Azərbaycanda, həm beynəlxalq təcrübədə mədəniyyət ocaqlarında keçirilən kütləvi tədbirlər, konsertlər, mərasimlər və s. ilə bağlı  müəyyənləşdirilmiş yazılan və yazılmayan etik qaydalar mövcuddur. Bu zaman nəinki geyim qaydaları, hətta sima yoxlanışı belə mütləq şəkildə nəzərə alınmalıdır.

İctimailəşdirilən məsələ barədə diqqətə çatdırırıq ki, Azərbaycan mədəniyyətinin simvollarından Azərbaycan Dövlət Akademik Filarmoniyasında tədbirlər, konsertlər təşkil olunan zaman tamaşaçıların salona şortla daxil olmasına icazə verilməməsi barədə müdiriyyətin müvafiq əmri ilə təsdiq olunmuş xüsusi etik qaydalar toplusu var və bu qaydaların şərtləri Filarmoniyanın  keçiriləcək konsert barədə elan verilən iticket.az səhifəsində qeyd olunub. Buna görə də tamaşaçıları filarmoniyanın konsert zalının daxili qaydalarını pozmamağa dəvət edirik”.