Fotosessiya
Fotosessiya

Sevgilisinin dəfn mərasiminə qatıla bilmədi

Sevgilisinin dəfn mərasiminə qatıla bilmədi

Müğənni Gülçin Ergülün iki gün əvvəl dəhşətli qəzada vəfat edən sevgilisi Erdal Şeyda Lafçı dəfn olunub.

OLAY yazır ki, mərhum İzmirdə torpağa tapşırılıb. Mərasimdə Lafçının ailə üzvləri, dostları və iş yoldaşları iştirak edib. Lakin Gülçin müalicəsi davam etdiyi üçün mərasimə qatıla bilməyib.

Bununla yanaşı, sənət aləmindən yalnız İrem Dericinin cənazəyə çələng göndərməsi diqqətdən qaçmayıb.

Qeyd edək ki, avtomobil qəzası Balıkesir şəhərində baş verib. Cütlüyün avtomobili yük maşını ilə toqquşub. Gülçin yaralanaraq xəstəxanaya yerləşdirilsə də, Erdal yerindəcə dünyasını dəyişib.