“Mrs. Russia” yarışmasında Rusiya gözəli seçilən Natalya Oskarın mediada yayılan fotoları ilə gerçək görüntüləri arasındakı fərq sosial mediada gündəm olub.
OLAY yazır ki, xeyli estetik prosedurdan keçməsinə rəğmən birinci olduğu üçün tənqid edilən Oskarın həyat yoldaşının yarışmanın sponsorlarından biri olduğu ortaya çıxıb.
Bir uşaq anası olan 34 yaşlı “gözəl” birinciliklə ayrıldığı gecədən sonra sosial mediada “like” və şərh yağışına tutulub. Ancaq Oskarın birinci olduğu anlar televiziyada və mediada yayılandan sonra onun bambaşqa görünməsi diqqət çəkib.
Natalyanın gerçək halının bu qədər fərqli olması isə linç kampanyasının başlamasına səbəb olub. Kimisi çəkilən fotoların yanlış yerdən çəkildiyini iddia edib, digər qism isə Oskarın estetikli olmasına rəğmən yarışdığını tənqid edib.
“Gözəl” isə yarışmanı qazanmaq üçün çox çabaladığını deyib, estetikli olması ilə bağlı iddiaları yalanlayıb.
Digər tərəfdən isə Natalyanın həyat yoldaşı, 45 yaşlı milyarder Roman Bezmaternikin yarışmanın sponsorlarından biri olduğu ortaya çıxıb.