Fotosessiya
Fotosessiya

Şakiranın Hemiltonla eşqi təsdiqləndi

Şakiranın Hemiltonla eşqi təsdiqləndi

“Formula 1” pilotu Luis Hemiltonla son zamanlar tez-tez görüntülənən Şakiranın onunla eşq yaşadığı təsdiqlənib.

OLAY yazır ki, bu barədə xarici KİV-də məlumat yayılıb. Sənətçiyə yaxın mənbələr onların sevgili olduğunu bildirib.

Sonuncu dəfə cütlük həftə sonu Barselonada keçirilən Formula 1 yarışından sonra bir neçə dostu ilə şam yeməyində görüntülənib və bu, münasibətlərə dair şaiyələri alovlandırıb.

38 yaşlı Luisin ikinci olduğu yarışdan sonra Sudan əsilli kanadalı müğənni Şair Mustafa, FaY Xadra və Şakira ilə şam yeməyinə getdiyi öyrənilib. Şair Mustafanın İnstaqram hekayəsi olaraq paylaşdığı fotoda Hemiltonun Şakiranın belindən sıxması diqqətdən yayınmayıb.

Bildirilir ki, onlar arasında sevgi macərası ötən ay Mayamidə keçirilən Qran Pridə başlayıb. Ulduzlar ilk dəfə qayıqda görüntülənib.

46 yaşlı Şakira ilə iki övladının atası, 36 yaşlı Jerard Pike arasında 11 illik münasibət keçmiş futbolçunun 23 yaşlı sevgilisi Klara Çia ilə münasibətinə görə bitib.