Türkiyədə zəlzələdə həlak olan fenomen Taha Duymazın ailəsindən xəbər var.
OLAY yazır ki, yemək videoları ilə populyarlaşan Tahanın anası Meryem Duymaz onun yolunu davam etdirməyə başlayıb. Belə ki, Duymaz oğlu kimi yemək bişirdiyi anları izləyiciləri ilə bölüşür. O bildirir ki, hər nə qədər faciə yaşamış olsalar da, həyat davam edir və buna görə də pul qazanmağa ehtiyacları var.
Qısa müddətdə M. Duymazın instaqramda 50 mindən çox istifadəçi izləməyə başlayıb.
Qeyd edək ki, zəlzələdə Taha ilə birgə bacısı da həlak olmuşdu.