Fotosessiya
Fotosessiya

Rusiyanın ən gözəl evli qadını seçildi

Rusiyanın ən gözəl evli qadını seçildi

Uzaq Şərqdən olan müəllimə Natalya Oskar evli qadınlar arasında keçirilən “Rusiya xanımı– 2023” milli gözəllik müsabiqəsinin qalibi olub.

OLAY yazır ki, bu barədə TASS nəşri məlumat yayıb. Qeyd olunub ki, Oskar (əsl adı Bezmaternıx) Uzaq Şərqdə yaşayır, ingilis dili müəllimi işləyir, mahnı yazır və özü ifa edir. 

Müsabiqənin finalında o, aprelin 12-də Kosmonavtika Günündə premyerası olan “Mən sənin xanımın Rusiyayam” adlı şəxsi kompozisiyasını ifa edib. Onun əri və kiçik bir qızı var.