Xalq artisti Aygün Kazımova bahalı geyimləri ilə yenidən gündəmə gəlib.
OLAY yazır ki, sənətçi bu dəfə dünyaca məşhur brend məhsulundan istifadə edərək məclislərin birinə qatılıb.
Pop ulduz “Zimmermann” brendinə müraciət edərək top və ətək dəstindən istifadə edib. Topun qiyməti 530 dollar, təxminən 901 AZN, ətəyin qiyməti 1555 $, yəni 2643 manat təşkil edir.
Məlumat “Kim haradan geyinir?” instaqram səhifəsi tərəfindən təqdim edilib.