Fotosessiya
Fotosessiya

Neslihandan xəyanət iddialarına növbəti cavab

Neslihandan xəyanət iddialarına növbəti cavab

Türkiyəli tanınmış sima, aktrisa, model Neslihan Atagül aldadılma xəbərləri ilə bağlı yenidən açıqlama verib.

OLAY yazır ki, sənətçi “Ay Yapım” gecəsində jurnalistlərin suallarını cavablandırıb. O, söhbət zamanı aldadılma mövzusuna toxunaraq bir daha məsləyə aydınlıq gətirib.

“Bilirsiniz ki, bu günə kimi heç birinizə nəzakətsiz şəkildə davranmamışam. Həqiqətən mən nə deyirəmsə deyim siz dediyiniz hər şeyin mahiyyəti hər kəsə görə fərqli başa düşülür və yozulur. Mən bunları demişdim... Təkrar deyirəm... Yazılanlar heç bir reallığı əks etdirmir. Biz halımızdan məmnunuq. Kefimiz, xoşbəxtliyimiz yerindədir. Sizlərdə yaxşı olun, biz bunu istəyirik” – deyə aktrisa bildirib.

Samirə Sərkər